Türkiyədə hərbçilər qəzaya düşdü: 6 ölü, 10 yaralı var

Türkiyədə hərbçilər qəzaya düşdü:  6 ölü, 10 yaralı var
  27 İyul 2020    Oxunub:2648
Türkiyənin Mersin vilayətində baş vermiş avtobus qəzası nəticəsində 6 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həlak olanlardan 5 nəfəri hərbçidir.

"Hərbi heyəti daşıyan xidmət avtobusu bəlli olmayan səbəbədən Mut bölgəsində aşıb. İlkin məlumatlara görə, 5 əsgər və sürücü həlak olub. Ağır yaralanan 10 hərbçi Mut şəhərindəki xəstəxanaya aparılıb", - deyə rəsmi məlumatda qeyd olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə   Qəza  





Xəbər lenti