Ermənistanda təkrar yoluxma qeydə alındı

Ermənistanda təkrar yoluxma qeydə alındı
  27 İyul 2020    Oxunub:3018
Ermənistanda koronavirusa təkrar yoluxma halı qeydə alınıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İrəvan Dövlət Tibb Universitetinin tələbəsi Arsen Arutyunyan özünün “Facebook” səhifəsində yazıb.

O bildirib ki, sağalmasından 40 gün sonra yenidən koronavirusa yoluxub.

"Koronavirusa yoluxmamdan 40 gün keçib, mənə yenidən COVID-19 diaqnozu qoyuldu. Bu dəfə ikitərəfli infiltrativ pnevmoniya diaqnozu. Son bir neçə gündə mənimlə ünsiyyət quran hər kəsi təcrid olunmağa çağırıram. Təkrar yoluxmaya inana bilmirəm, amma nə varsa odur", - deyə erməni tələbə yazıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti