Bakı sakinləri Biləsuvarda 2 kq heroinlə tutuldu

Bakı sakinləri Biləsuvarda 2 kq heroinlə tutuldu
  25 İyul 2020    Oxunub:4943
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhəri Suraxanı rayon sakinləri N. Manaflı və B. Nəcəfov Biləsuvar şəhəri ərazisində saxlanılaraq Rayon Polis Şöbəsinə gətiriliblər.

Keçirilən şəxsi axtarış zamanı N. Manaflının üzərindən və əlindəki plastik qutudan ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti