“Münaqişənin tez bir zamanda həll olunacağına ümid edirik” - Peskov

 “Münaqişənin tez bir zamanda həll olunacağına ümid edirik” -  Peskov
  20 İyul 2020    Oxunub:3504
Rusiya Ermənistan və Azərbaycan arasındakı münaqişənin tez bir zamanda həll olunacağına ümid edir. Bu, Rusiya Federasiyasındakı həmin ölkələrdən olan insanların emosional vəziyyətini normallaşdırmağa kömək edəcək.
Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirsiniz ki, Moskvada və ümumilikdə Rusiyada çox sayda azərbaycanlılar və ermənilər yaşayır, onların hamısı Rusiyanın hörmətli vətəndaşlarıdır. Mən Rusiya Federasiyasının vətəndaşı olanlarla yanaşı, miqrantları da nəzərdə tuturam, onlar hamısı cəmiyyətimizin hörmətli üzvləridir. Aydındır ki, Ermənistan-Azərbaycan sərhədindəki eskalasiyaya bu vətəndaşlarımız laqeyd qala bilməz və əlbəttə, emosional olaraq reaksiyalarını göstərirlər”, - deyə Peskov bildirib.

O, Rusiyanın hər iki tərəfi təmkinli olmağa, atəşkəs rejiminə dərhal qayıtmağa və hər hansı bir zorakılıq təzahürlərini dayandırmağa çağırdığını xatırladıb.

“Buna görə ümid edirik ki, vəziyyət ən qısa zamanda həll ediləcək və beləliklə, emosional fon da normal vəziyyətə qayıdacaq".

Qeyd edək ki, Ermənistan ordusu iyulun 12-dən başlayaraq Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törədib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: RusiyaPrezidentininmətbuatkatibiDmitriPeskov  





Xəbər lenti