Ermənilərin atdığı top mərmilərinin qalıqları tapıldı

Ermənilərin atdığı top mərmilərinin qalıqları tapıldı
  19 İyul 2020    Oxunub:4671
İyulun 18-də Tovuz rayonun Dondar Quşçu və Vahidli kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) 1 (bir) siqnal (əməliyyat çağırışı) daxil olub.
ANAMA-dan Azvision.az-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində 3 ev və həyətyanı sahəyə, 2 əkin və 1 otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış və partlamış top mərmilərinin qalıqları aşkar olunaraq agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamış mərmilərin ətrafında 745 kv.m əraziyə yerüstü, 59 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA   Tovuz  





Xəbər lenti