İqtisadiyyat Nazirliyi maarifləndirici videoçarx hazırladı - VİDEO

İqtisadiyyat Nazirliyi maarifləndirici videoçarx hazırladı -    VİDEO
  07 İyul 2020    Oxunub:4322
İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir.
Azvision.az nazirliyin saytına istinadən xəbər verir ki, bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir.



Məlumata görə, sadə və anlaşılan qrafik izah üzərində qurulan videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasının vacibliyinə, həm də infeksiyasının yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəldilib. Bu tələblər isə ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir.

Qeyd edək ki, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, alıcıların sayına nəzarət olunmalı, zərurət yarandqıda istehlakçıların növbə ilə girişi təmin edilməlidir.

Pandemiya dövrünün əsas çağırışları - “Biz birlikdə güclüyük” və “Koronavirusa yalnız birlikdə qalib gəlmək mümkündür” videoçarxın ana xəttini təşkil edir.

Hər bir şəxs tərəfindən qaydalara riayət edilməsinin vacibliyi vurğulanan maarifləndirici çarx istehlakçılar və ticarət obyektlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Azvision.az


Teqlər: İqtisadiyyat   Nazirlik   Videoçarx  





Xəbər lenti