Gömrük Komitəsinə 6806 müraciət daxil olub

  04 İyul 2020    Oxunub : 3850
Gömrük Komitəsinə 6806 müraciət daxil olub
Dövlət Gömrük Komitəsi iyun ayı üçün “195/6” Çağrı mərkəzinə daxil olan zənglərin hesabatını hazırlayıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Çağrı mərkəzinə şəxslər tərəfindən ünvanlanan 6806 müraciət cavablandırılıb. Bu müraciətlərdən 1146-sı elektron xidmətlər, 268-i gömrük ödənişləri, 119-u gömrük təmsilçiliyi, 634-ü fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla bağlıdır.

Həmçinin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru ilə bağlı 353 müraciət, xarici dövlətlərdə daimi qeydiyyatda olan nəqliyyat vasitələrinin ölkə ərazisinə müvəqqəti olaraq gətirilməsi ilə bağlı 1347, şikayət xarakterli müraciətlər 275, qısa idxal bəyannaməsi ilə bağlı 53, ixrac gömrük proseduru ilə bağlı 63 və digər mövzularla bağlı 2548 müraciət daxil olub.

Azvision.az

Teqlər: Gömrük   DGK   Komitə