Naxçıvanda yeni vergi güzəştləri tətbiq edilir

Naxçıvanda yeni vergi güzəştləri tətbiq edilir
  04 İyul 2020    Oxunub:4733
Pandemiyanın təsiri nəticəsində iqtisadi şəraitin dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq bu təsirə məruz qalan fəaliyyət sahələri üzrə sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə xidməti və sərnişin daşımaları həyata keçirən vergiödəyiciləri üzrə 50 faiz, pandemiyanın təsirinə məruz qalan fəaliyyətsahələri üzrə mənfəət (gəlir) vergisi rejimində çalışan vergiödəyiciləri üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştləri verilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, digər tərəfdən qeyd edilən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektləri əmlak və torpaq vergilərindən tam məbləğdə azad olunur. Tətbiq edilən müvəqqəti vergi rejiminə uyğun olaraq sadalanan güzəşt və azadolmalar 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə qüvvədə qalacaq. Digər tərəfdən “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən pandemiyanın təsirinə məruz qalan fərdi sahibkarların və müxtəlifsahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü azaldılıb. 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək ticarət və tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının (250 manat) 25 faizi, digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər isə 15 faizi məbləğinin Naxçıvan şəhərində 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyəcəklər.

Məlum olduğu kimi, sosial sığorta haqları ilə bağlı yığımlar Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqının artması ilə bərabər bəzi fərdi sahibkarların və torpaq mülkiyyətçilərinin məcburi dövlət sosialsığorta haqları isə optimallaşdırılıb. Fərdi qaydada toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik, fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) və digər oxşar fəaliyyətlə məşğul olanların məcburi dövlət sosial sığortahaqqı minimum aylıq əməkhaqqının (250 manat) 5 faizi miqdarında, çəkməçi, pinəçi, fərdi qaydada bərbər, dərzi və digər oxşar fəaliyyətlə məşğul olanların məcburi dövlət sosial sığortahaqqı minimum aylıq əməkhaqqının (250 manat) 3 faizi miqdarında müəyyən olunub. Həmçinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığortahaqqı torpağın sahəsindən asılı olaraq minimum aylıq əməkhaqqının göstərilən dərəcələri üzrə hesablanmasında da dəyişiklik edilib. Belə ki, fiziki şəxslərin torpaq mülkiyyəti 5 hektaradək olduqda minimum aylıq əməkhaqqının 2 faizi (5 manat), 5 hektardan 10 hektaradək olduqda minimum aylıq əməkhaqqının 6 faizi (15 manat), 10 hektardan yuxarı olduqda isə minimum aylıq əməkhaqqının 10 faizi (25 manat) miqdarında müəyyənləşdirilib.

AzərbaycanRespublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergiödəyiciləri isə minimum aylıq əməkhaqqının 6 faizi (15 manat) miqdarında məcburi dövlət sosial sığortahaqqı ödəyəcəklər. Nəzərə çatdıraq ki, yuxarıda sadalanan dəyişikliklər 2 iyun 2020-ci il tarixdən tətbiq edilir və 2026-cı ilədək qüvvədə olacaq.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti