Vergi ödəyicilərinə 159 mln. manata yaxın maliyyə dəstəyi göstərilib

Vergi ödəyicilərinə 159 mln. manata yaxın maliyyə dəstəyi göstərilib
  03 İyul 2020    Oxunub:3123
İyulun 2-nə Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkən 28 864 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 117 616 fərdi (mikro) sahibkar, cəmi 146 480 vergi ödəyicisi müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 270 525 işçini əhatə edən 28 492 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 97,64 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 48,82 mln. manat təşkil edir. İyulun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24 498 vergi ödəyicisinə 212 449 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 95,63 mln. manat, o cümlədən, 2-ci ay üzrə (50%) 48,82 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 117 616 vergi ödəyicisindən müraciət daxil olub, 110 174 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,21 mln. manat təşkil edir. İyulun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,03 mln. manat vəsaitin 105 723 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Göründüyü kimi, iyulun 2-nə pandemiyadan zərər çəkən vergi ödəyicilərinə 158,66 mln. manat məbləğində maliyyə dəstəyi göstərilib.

Azvision.az


Teqlər: İqtisadiyyat   Yardım  





Xəbər lenti