3576 obyektdə sanitar-epidemioloji tələblər pozulub

3576 obyektdə sanitar-epidemioloji tələblər pozulub
  25 İyun 2020    Oxunub:3333
Mayın 22-dən iyunun 25-dək 8170 sahibkarlıq subyektində monitorinq keçirilib və 3576 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 24-də keçirilmiş növbəti monitorinqlərdə Binəqədi rayonunda “Payqa market”də, “Kurabiyə şirniyyat”da, “Panda flovers” mağazasında, “Zeytun Aptek”də, Yasamal rayonunda “Mahal su” və Əkbər Əsgərova məxsus “Quru meyvə” mağazalarında, Aqil Həmidzadəyə məxsus “PVC sexi”ndə, Xətai rayonunda “Fantaziya” mağazasında, “Metro market”də, “Osmanlı dönər”də, Səbail rayonunda “Mərkəz Lahmacun”da, Abşeron rayonunda “Nihat market”də, Bərdə raonunda Elçin Nəsirova məxsus “Ət məhsulları” və Mehman Süleymanova məxsus “Ət kəsimi” obyektlərində, Nicat Rüstəmova məxsus “Market”də, İmaməli Nurəhmədova məxsus “Al Market”də, Emin Məhərrəmova məxsus “Kişi salonu”nda, Xaçmaz rayonunda "Smart" mağazasında, "Beta Market”də, "Game pub home" və "Effect" xidmət obyektlərində, Füzuli rayonunda Məmi Mirzəliyevə və Rəsul Əlizadəyə məxsus “Market”lərdə, Sevindik Qarayevə məxsus “Avtomobil ehtiyat hissələri” mağazasında, Lənkəran rayonunda "Məkan" çay evində, Mərifət Rüstəmovaya məxsus “Təsərrüfat malları mağazası”nda, Rəsul Cabbarova məxsus “Market”də, Qobustan rayonunda Məzahir Qayıbova məxsus “Mebel Salonu”nda, Vüqar İskəndərova məxsus “Kafe”də, Səxavət Hüseynova məxsus “1001 xırdavat” mağazasında, Vaid Zaidova məxsus “Yeməkxana”da, Şamaxı rayonunda “Azay Market”də, ümumilikdə monitorinq aparılmış 315 obyektdən 154-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Azvision.az


Teqlər: Sahibkarlıq   Sanitar  





Xəbər lenti