Sabirabadda bir nəfər Kürdə batıb

Sabirabadda bir nəfər Kürdə batıb
  18 İyun 2020    Oxunub:2539
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: Kür   Batıb  





Xəbər lenti