Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü

Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
  03 İyun 2020    Oxunub:3044
İyunun 3-də Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Əli Bəşirova idarə etdiyi “Mercedes” markalı yük maşını ilə 1965-ci il təvəllüdlü Ələsgərova Xanım Ələnur qızını vurub.

Qadın aldığı xəsarətlərdən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü saxlanılıb. Faktla bağlı

Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Azvision.az


Teqlər: DİN   Xaçmaz  





Xəbər lenti