"Semaşko"da uşaq əməliyyatdan sonra öldü

  03 İyun 2020    Oxunub : 1899
"Semaşko"da uşaq əməliyyatdan sonra öldü
Bakıda azyaşlı əməliyyatdan sonra vəfat edib.
Azvision.az -ın məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə qeydə alınıb. Belə ki, Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Azvision.az

Teqlər: Uşaq   Əməliyyat