Bakıda iki evdə yanğın olub

  02 İyun 2020    Oxunub : 2558
Bakıda iki evdə yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 50 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 20 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 15 m2 sahədə yanıb.

Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 20 m2 olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Azvision.az

Teqlər: FHN   Yanğın