Karantin qaydalarını pozan daha 25 nəfər cərimələndi

 Karantin qaydalarını pozan daha 25 nəfər cərimələndi
  02 İyun 2020    Oxunub:3782
Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.
Azvision.az -ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18-də “05”, Nizami 8 ünvanlarında “Baku City” internet əyləncə - oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.



Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Azvision.az



Teqlər: Karantin  





Xəbər lenti