Sabunçuda 19 yaşlı gənc bıçaqlandı

Sabunçuda 19 yaşlı gənc bıçaqlandı
  02 İyun 2020    Oxunub:3202
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az -ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az



Teqlər: Bıçaqlanma  





Xəbər lenti