Yasamalda qadını döyüb pulunu aldılar

Yasamalda qadını döyüb pulunu aldılar
  02 İyun 2020    Oxunub:2478
Bakının Yasamal rayonu, A.Şərifzadə küçəsində paytaxt sakini Dilarə Babayeva küçədə naməlum şəxsin hücumuna məruz qalıb.
Azvision.az -ın məlumatıan görə, həmin şəxs qadını yumruqla vuraraq içərisində 540 manat olan pul, təqaüd kartları və sənədlərini olan əl çantasını alaraq hadisə yerindən qaçıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən əvvəllər məhkum olunmuş, 1982-cü il təvəllüdlü Ramin İsmayılov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti