"LADA" su kanalına aşdı, sürücü öldü

"LADA" su kanalına aşdı, sürücü öldü
  02 İyun 2020    Oxunub:3391
Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a bildirilib ki, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Qəza  





Xəbər lenti