Nasosnuda narkotacir ələ keçdi

Nasosnuda narkotacir ələ keçdi
  02 İyun 2020    Oxunub:2607
Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.
Azvision.az xəbər verir ki, rayonun Nasosnu küçəsində yaşayan 1985-ci il təvəllüdlü Şəhriyar Əliyevdən 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti