Bakıda evdən 77 yaşlı qadının meyiti tapılıb

Bakıda evdən 77 yaşlı qadının meyiti tapılıb
  01 İyun 2020    Oxunub:2540
Bakıda mənzildə meyit tapılıb.
Bu barədə Azvision.az -a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1943-cü il təvəllüdlü Semyoniçeva Cəmilə Qaraxan qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.


Azvision.az


Teqlər: FHN  





Xəbər lenti