Yük maşını 16 yaşlı oğlanı vurub öldürdü

  31 May 2020    Oxunub : 2553
Yük maşını 16 yaşlı oğlanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Mexkalon yaşayış məntəqəsində qeydə alınıb.
Azvision.az -ın məlumatına görə, 1980-ci il təvəllüdlü Sarvan Muradovun idarə etdiyi “Mercedes 1317L” markalı yük avtomobili yolda hərəkətdə olan velosipedçi, 2004-cü il təvəllüdlü Arzu Tağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az

Teqlər: Abşeron   Velosipedçi