Göyçayda 10-cu sinif şagirdi kanalda batıb

  31 May 2020    Oxunub : 2704
Göyçayda 10-cu sinif şagirdi kanalda batıb
Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub. Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib.

Onun meyitinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Azvision.az

Teqlər: Göyçay   Kanal