Qəbələdə bataqlıqda qalan uşaq xilas edildi - Yenilənib

  31 May 2020    Oxunub : 3154
Qəbələdə bataqlıqda qalan uşaq xilas edildi -  Yenilənib
Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

***
(10:18)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Azvision.az nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN   Qəbələ   Azyaşlı