Rusiyada koronavirusa yoluxma sayı 145 mini keçdi

Rusiyada koronavirusa yoluxma sayı 145 mini keçdi
  04 May 2020    Oxunub:3252
Rusiyada son sutka ərzində 10 min 581 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyada koronavirusla bağlı yaradılan operativ qərargah məlumat yayıb.

Bildirilib ki, ölkədə ümumi yoluxma sayı 145 min 286 nəfərə çatıb. Pandemiya qurbanlarının sayı isə 76 nəfər artaraq 1356-ya yüksəlib. Bu günədək 18 min 95 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   virus  





Xəbər lenti