Yağıntıların çoxluğu kənd təsərrüfatı üçün faydalıdır

Yağıntıların çoxluğu kənd təsərrüfatı üçün faydalıdır
  14 Aprel 2020    Oxunub:2481
Son bir neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel ayının birinci ongünlüyündə isə Respublika ərazisində yağıntılı hava şəraiti üstünlük təşkil edib.
Azvision.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bəzi rayonlarda, xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı intensiv oduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə yaxşı göstəricidir.

“Aylıq proqnoza görə aprel ayı ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq, tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti böyükdür”.

V.Əliyev onu da qeyd edib ki, atmosfer havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə azalması müşahidə olunub.

Azvision.az


Teqlər: MHX   Yağış  





Xəbər lenti