Azərbaycanda 5752 sahibkara maliyyə dəstəyi göstərildi
Bundan əvvəl, aprelin 9-daə Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bu günkü tarixə 5 752 vergi ödəyicisinə umumilikdə 8,939 milyon manat maliyyə dəstəyinin göstərilib.
Koronavirus (COVİD-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında Xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.
Azvision.az
Teqlər: Maliyyə Koronavirus