Maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb

   Maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb
  10 Aprel 2020    Oxunub:2227
Koronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.

Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb.

Azvision.az



Teqlər: İqtisadiyyat  





Xəbər lenti