Neft danışıqları: Rusiya və Səudiyyə Ərəbistanı razılığa gəldi

      Neft danışıqları:    Rusiya və Səudiyyə Ərəbistanı razılığa gəldi
  10 Aprel 2020    Oxunub:3421
OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında keçirilən görüşündə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması barədə razılığa gəlib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ilə Səudiyyə Ərəbistanı neft istehsalının azaldılmasını nəzərdə tutan yeni sövdələşməyə razılıq verib. “OPEC+” üzrə neft hasilatının sutkada 20 milyon barrelədək məhdudlaşdırılması gözlənilir.

Məlumata görə, bu həcmin gündəlik 4 milyon barrelinin Səudiyyə Ərəbistanı, 2 milyon barrelədək hissəsinin Rusiya tərəfindən, qalan həcmin isə digər hasilatçılar tərəfindən qarşılanması nəzərdə tutulur.

Azvision.az



Teqlər: OPEC   Neft   Rusiya  





Xəbər lenti