"Mikrokreditlərin maksimal məbləği artırılıb" - Mirzə Əliyev
"Fərmanlar aqrar sahədə fəaliyyət göstərən kiçik sahibkarların maliyyəyə çıxışını asanlaşdırır. Dəyişikliklər bizə aqrar sahə ilə məşğul olmaq üçün istənilən mikrokreditlərin maksimal həddini 15 000 manata qədər, müddətini isə 3 iıə qədər artırmaq imkanı verir. Əvvəlki qaydalarla bu rəqəmlər 5 000 manat və 2 il idi. Ən əsas məqam bu kreditlərin banklar tərəfindən təminatsız (girovsuz) verilməsidir".
M.Əliyevin qeyd edib ki, bankların mikrokreditlərə marağını artıracaq bir neçə səbəb var:
"Mikrokreditlərin məbləği kiçik olsa da, əməliyyat xərcləri iri məbləğli kreditlərin xərci qədərdir. Həmçinin bu kreditlərin riskləri də çoxdur. Ona görə də, hal-hazırda bazarda mikrokreditlərin orta faiz dərəcəsi 25%-dir. Bunları nəzərə alaraq, banklara maliyyələşmə dəyərini – xərclərini aşağı salmaq imkanı verən faiz dərəcəsi təklif edilir. AKİA-nın illik 2,5%-lə verdiyi mikrokreditləri banklar maksimum 12%-lə təqdim edə biləcəklər. Bundan əlavə, bank riski qismən dövlət tərəfindən qarşılanacaq. Biz əminik ki, bu dəyişikliklər – həm kreditlərin məbləği və müddəti, həm də bank risklərinin qismən dövlət tərəfindən qarşılanması kənd təsərrüfatı sahəsində kiçik sahibkarların artmasına, kiçik fermer təsərrüfatlarının möhkəmlənməsinə səbəb olacaq”.
Azvision.az