600 min fərdi sahibkara yardım ediləcək - RƏSMİ

600 min fərdi sahibkara yardım ediləcək -  RƏSMİ
  07 Aprel 2020    Oxunub:4603
Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib. O bildirib ki, ölkə başçısının tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyində bir çox iqtisadi fəaliyyət sahələri, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib.

“Onların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar 4 işçi qrup yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması istiqamətində, ümumiyyətlə, iqtisadi subyektlərə dəstək göstərilməsi üçün Prezidentin tapşırığına əsasən 1 milyard manat vəsait ayrılıb. Keçirilmiş qiymətləndirmələr onu göstərir ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir”.

N.Səfərov qeyd edib ki, dəstək və yardım göstəriləcək sahibkarların, eyni zamanda, fərdi sahibkarların sayı 600 min təşkil edir.

“Onlara lazım olan vəsaitlərin ayrılması istiqamətində işlər görüləcək. Dövlət işçilərin maaşını qoruyacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti