Un təchizatında heç bir problem yoxdur

   Un təchizatında heç bir problem yoxdur
  07 Aprel 2020    Oxunub:3742
Son günlər bəzi kütləvi informasiya vasitələrində heç bir əsas olmadan ölkəmizdə əhalinin unla təchizatında çətinliklərin olduğu barədə məlumatlar yayılıb.
Azərbaycan Taxıl İstehsalçıları və Emalçıları Assosiyasıyasının sədri Taleh Qasımov Azvision.az -a bildirib ki, bu cür məlumatlar tam əsassızdır. Ölkəmizin un təlabatı 100 faiz daxili istehsal hesabına ödənilir.

"Hazırda Asssosiyasiya üzv olan iri un istehsalı dəyirmanlarında gündəlik olaraq un istehsalı həyata keçirilir, Bakı və respublikanın regionlarına satılır, habelə unların satış qiymərində heç bir artım yoxdur. Un istehsalı üçün anbarlarımızda kifayət qədər ərzaqlıq buğda mövcuddur və bundan sonra da əhalimizin un təchizatında hər hansı çətinliklər gözlənilmir", - deyə Taleh Qasımov qeyd edib.

Azvision.az



Teqlər: TalehQasımov  





Xəbər lenti