Sahibkarlara vergi güzəştləri ediləcək - SİYAHI
Tədbirlər Planına əsasən, aprel ayında İqtisadiyyat və Maliyyə Nazirliyi vergi stimullarının həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirəcək:
- Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi:
- mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə müddətli güzəştin verilməsi;
- əmlak və torpaq vergisindən müddətli azadolmaların verilməsi;
- vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi;
- mənfəət (gəlir) və əmlak vergisi üzrə cari vergi ödəmələrindən müddətli azad edilməsi;
- mikro sahibkarlıq subyektləri üzrə hesabatların (gəlir, mənfəət, əmlak və sadələşdirilmiş vergi) verilməsi və vergilərin ödənilməsi müddətinin uzadılması;
- pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə vergilərin ödənilməsi müddətinin uzadılması;
- əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin idxalının ƏDV-dən müddətli azad edilməsi;
- əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə ödənilməsi məqsədilə bəzi məhsul növlərinin istehsalı ilə bağlı xammal və materialların idxalının ƏDV-dən azad edilməsi;
- epidemiyanın qarşısının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin gəlirdən çıxılması;
- icarə haqqından tutulan vergilər üzrə güzəştin verilməsi;
- ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının müəyyən müddətə təxirə salınması;
- bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükünün azaldılması.
Azvision.az
Teqlər: Sahibkar Vergi Güzəşt Tədbirlər-Planı