Qatarlarda gündəlik dezinfeksiya işləri aparılır

Qatarlarda gündəlik dezinfeksiya işləri aparılır
  03 Aprel 2020    Oxunub:2170
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən neft və neft məhsulları, qida məhsulları, tikinti materialları və digər yüklərin beynəlxalq və daxili müntəzəm daşımalar təmin edilir.
ADY-dən Azvision.az -a verilən məlumata görə, koronavirusun yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə ADY-nin Həkim-Sanitar Xidmətinin dezinfektorları ölkə ərazisinə daxil olan yük qatarlarında qabaqlayıcı tədbirlər həyata keçirirlər.

Qeyd olunub ki, Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən sərnişin qatarlarda da gündəlik dezinfeksiya işləri aparılır.

Azvision.az


Teqlər: ADY   Yük   Daşıma  





Xəbər lenti