ASCO sədri hər gün “Skype”la müşavirə keçirir
“Bundan başqa, ASCO-da işin ahənginin pozulmaması üçün fəaliyyətin təşkilində də yeni yanaşmalardan istifadə olunur. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aparat və struktur müəssisə və təşkilatları üzrə istehsalat zəruriyyəti ilə əlaqədar məhdud sayda əməkdaşın işə çıxmasına icazə verilib. Onlar növbəli rejimdə və ən əsası maksimum təhlükəsiz şəraitdə fəaliyyət göstərirlər. İş sahələrinə gəlmələri qadağan olunan əməkdaşlar isə fəaliyyətlərini “işlərin evdən idarə olunması” (work from home) sistemi ilə davam etdirirlər”-deyə, sədr qeyd edib.
QSC sədri bu günlərdə üzən heyətin göstərdiyi fədakarlıqlara toxunub. O qeyd edib ki, məhz onların dənizdə fasiləsiz fəaliyyəti hesabına hazırda ASCO-nun istər yükdaşımalarda rol oynayan, istərsə də neft-qaz sənayesinə xidmət göstərən gəmiləri əvvəlki qaydada istismar olunurlar. Rauf Vəliyevin sözlərinə görə, hər gün işlərin gedişatı və qarşıda duran vəzifələrlə bağlı saat 11-də “Skype” vasitəsilə rəhbər şəxslərlə müşavirə keçirilir:
“İclasda müəyyən qərarlar qəbul olunur, işin dayanmaması üçün mühüm məsələlər müzakirə edilir. Biz bütün gücümüzlə çalışırıq ki, əməkdaşların sağlamlığı və təhlükəsizliyi ilə yanaşı, sosial rifahında da çətinlik yaranmasın. Əmin ola bilərsiniz ki, bu istiqamətdə hər hansı problem yoxdur və olmayacaq. Hər bir əməkdaş vaxtı-vaxtında əmək haqqını ala biləcək”.
Sonda Rauf Vəliyev qeyd edib ki, hazırkı tədbirlər tamamilə hər birimizin sağlamlığı və təhlükəsizliyi üçündür. Ona görə də sizi karantin rejiminə riayət etməyə, yaxınlarınız və tanışlarınızla təmasdan qaçmağa çağırıram. Bununla, özünüzlə yanaşı, minlərlə insanın virusa yoluxma və virusdaşıma risklərini azaltmış olacaqsınız. Bu da öz növbəsində virusla mübarizədə effektiv rol oynayacaq.
Azvision.az