Nazirlik: Sahibkarların təkliflərinə baxılır
Müzakirələrdə koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına təsirləri, yaranmış çətinliklərdən çıxış yolları və görüləcək tədbirlər barədə müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib. Biznes nümayəndələrinə koronavirus pandemiyasının iqtisadiyyata, o cümlədən sahibkarlığa təsirlərinin minimuma endirilməsi istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, sahibkarların mövcud şəraitdə sosial məsuliyyət prinsipindən çıxış edərək işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verməmələri tövsiyə olunub. Müzakirələr zamanı sahibkarlar tərəfindən vergi güzəştləri və tətillərinin tətbiqi, sosial müdafiə ödəmələrinin təxirə salınması, kredit öhdəliklərinin, icarə xərclərinin ertələnməsi və sair barədə təkliflər səsləndirilib. Müzakirələrdə sahibkarlar tərəfindən səsləndirilən təkliflərə hazırda İqtisadiyyat üzrə İşçi Qrupunda baxılır.
Qeyd edək ki, koronavirus infeksiyasının iqtisadiyyatın müxtəlif sektorlarına təsirlərinin öyrənilməsi məqsədilə keçirilmiş onlayn müzakirələrə ümumilikdə 200-dən çox sahibkarlıq subyekti qoşulub, 700-dən çox sahibkar arasında sorğular aparılıb.
Azvision.az
Teqlər: İqtisadiyyatNazirliyi