Nazirlik: “Neft istehsalı plana uyğun həyata keçiriləcək”
"Yanvar-mart aylarında ölkədə gündəlik neft hasilatı, təxminən, 754 min barrel olub. Azərbaycan neft istehsalını 2020-ci ilin planına və mövcud vəziyyətə uyğun həyata keçirəcək.
Azərbaycan qlobal neft bazarının sabitləşdirilməsinin tərəfdarıdır və bu məqsədlə “OPEC plus” ölkələri arasında uzlaşmanın əldə edilməsi üçün mart ayında aparılan məsləhətləşmələr prosesində yaxından iştirak edib. Bundan sonra da Azərbaycan “OPEC plus” formatında əməkdaşlığını neft istehsal edən ölkələr arasında Xartiya çərçivəsində davam etdirəcək", - dey məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: Neft