Xüsusi hesabatların təqdim olunma müddəti uzadıldı

  31 Mart 2020    Oxunub : 1424
Xüsusi hesabatların təqdim olunma müddəti uzadıldı
Dövlət əmlakının idarə edilməsi və onun qorunub saxlanılması ilə bağlı xüsusi hesabatların təqdim olunma müddəti uzadılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətini daha təkmil aparmaq üçün dövlət müəssisə və təşkilatları tərəfindən “Dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” hər il aprelin 1-dək Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilir. Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar bu müddət mayın 1-dək uzadılır.

Azvision.az

Teqlər: Əmlak   Komitə   hesab