SOCAR: Yanacağın satışına məhdudiyyət qoyulmayıb

      SOCAR:    Yanacağın satışına məhdudiyyət qoyulmayıb
  30 Mart 2020    Oxunub:2678
Yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb.
Azvision.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur. Əziz vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırırıq”, - deyə şirkətin məlumatında bildirilib.

Azvision.az



Teqlər: SOCAR  





Xəbər lenti