“Nar+” tətbiqi ilə hesabını evdən idarə et
“Nar+” mobil tətbiqi ilə yanaşı, abunəçilər mobil operatorun rəsmi sosial media səhifələrindən (“Facebook”, “Instagram” və “Twitter”) və gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı mərkəzinin xidmətlərindən yararlana bilərlər.
Xatırladaq ki, “Nar” koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda, xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bundan başqa, bütün “Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 “qaynar xətt” nömrəsinə zənglər tamamilə ödənişsiz olub.
“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.
Azvision.az
Teqlər: Nar