Nazirlikdən müəssisə və şirkət rəhbərlərinə tövsiyə

Nazirlikdən müəssisə və şirkət rəhbərlərinə tövsiyə
  25 Mart 2020    Oxunub:2260
Koronavirus pandemiyasının (COVİD-19) yayılması təhlükəsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin həyata keçirildiyini və obyektlərdə koronavirusa yoluxma halı qeydə alınarsa, həmin şəxslə (şəxslərlə) birlikdə işçilərin tam tərkibdə karantinə alınacağını nəzərə alaraq, iş fəaliyyəti məhdudlaşdırılmayan həyat əhəmiyyətli, eləcə də mühüm istehsal, emal və satış obyektlərinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə müəssisə və şirkət rəhbərlərinə işçilərin həftəlik növbə əsasında 50 faizinin işə cəlb edilməsi tövsiyə olunur.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub: “Belə ki, obyektdə işləyən şəxsdə (şəxslərdə) koronavirusa yoluxma baş verərsə, həmin şəxslə (şəxslərlə) birlikdə olan digər işçilər tam tərkibdə karantinə alınmalı, müvafiq dezinfeksiya tədbirlərindən sonra işçilərin digər 50 faizi ilə obyektin fasiləsiz fəaliyyəti təmin edilməlidir”.

Azvision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti