“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb

“Azərsun” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürüb
  24 Mart 2020    Oxunub:2554
Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” Şirkətlər Qrupu ölkə başçsı cənab İlham Əliyevin Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabına 2 milyon manat vəsait köçürüb.
Azvision.az xəbər verir ki, Şirkətlər Qrupuna məxsus Azərbaycan Sənaye Bankı da Prezidentin çağırışına səs verərək Fondun hesabına 250 min manat ianə edib.

Qeyd edək ki, bütün dünyada yayılmış koronavirus infeksiya ilə mübarizə çərçivəsində ölkəmizdə elan olunmuş xüsusi rejimin bütün tələblərinə riayət edilərək “Azərsun Holdinq”in nəzdində fəaliyyət göstərəm bütün istehsal müəssisələr, satış və təminat bölmələri, Şirkətlər Qrupuna daxil olan pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir. “Azərsun Holdinq” bu xüsusi günlərdə ərzaq təhlükəsizliyinin təmin edilməsində heç bir problemin olmayacağına və qida məhsulları qıtlığının yaşanmayacağına təminat verir.

Azvision.az


Teqlər: Azersun   Koronavirus  





Xəbər lenti