Mərkəzi Bank ianə köçürülməsi imkanlarını genişləndirdi
Mərkəzi Bank ictimaiyyətin diqqətinə çatdırır ki, bütün hüquqi və fiziki şəxslər ölkədə fəaliyyət göstərən bankların və milli poçt operatoru olan Azərpoçt MMC-nin filial və şöbələrində istər nağd formada, istərsə də nağdsız ödəniş alətləri vasitəsilə, o cümlədən portalın internet səhifəsindən (www.gpp.az/kmdf) və mobil əlavəsindən (Android və iOS platformalı) istifadə etməklə 24/7/365 rejimində həmin hesablara vəsaitlərini köçürə bilərlər.
Mərkəzi Banka və Azərbaycan Beynəlxalq Bankında açılmış hesabların rekvizitləri barədə məlumatlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində (www.cabmin.gov.az) yerləşdirilib.
Azvision.az
Teqlər: Mərkəzi-Bank Pul Köçürmə