25 min litrə yaxın tibbi spirt apteklərə paylanılır - FOTOLAR

  19 Mart 2020    Oxunub : 1644
 25 min litrə yaxın tibbi spirt apteklərə paylanılır - FOTOLAR
"Carçıoglu Group" MMC və Rusiyanın "Tatspirtprom" dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "Rus Azeri Spirits” zavodunda tibbi spirt istehsalına başlanıb.
İqtisadiyyat Nazirliyindən Azvision.az -a verilən məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qeyd edək ki, Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.







Azvision.az

Teqlər: İqtisadiyyat-Nazirliyi   Spirt