Naxçıvana yeni kənd təsərrüfatı texnikaları gətirilib
Yeni alınan texnikalara baxış zamanı bildirilib ki, ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 min 831 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Cari ildə isə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 137 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib, həmin texnikalardan 24-ü lizinq yolu ilə sahibkarlara verilib.
Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bitkiçilik və heyvandarlıq aptekinə, həmçinin ehtiyat hissələri anbarlarına baxıb.
Bildirilib ki, bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Cəmiyyətin anbarında kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.
Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.
Azvision.az
Teqlər: Naxçıvan