Maliyyə Nazirliyi xüsusi iş rejiminə keçdi
Tədbirlər çərçivəsində Dövlət Xəzinədarlıq Agentliyi xüsusi iş rejimi tətbiq etməklə yanaşı, koronavirus infeksiyasının yarada biləcəyi xüsusi ekstremal vəziyyətlərdə iş ahənginin pozulmasının qarşısının alınması və təşkilatların maliyyələşdirilməsində fasiləsizliyinin təmin edilməsi məqsədilə bir neçə işçisini xidmət göstərdikləri təşkilatların nümayəndələrindən tam izolyasiya olunmuş iş şəraiti ilə təmin edəcək. Eyni zamanda, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tədris prosesini Nazirlər Kabinetinin təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müəyyən etdiyi tarixədək dayandırıb.
Əmrdə əməkdaşlara sosial məsuliyyətli davranmaları, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılıb.
Azvision.az
Teqlər: Maliyyə-Nazirliyi