“Azərişıq” onlayn rejimdə xidmət göstərəcək

“Azərişıq” onlayn rejimdə xidmət göstərəcək
  18 Mart 2020    Oxunub:1922
“Azərişıq” ASC vətəndaşlara bütün növ xidmətlərin göstərilməsini onlayn rejimdə davam etdirir".
Azvision.az xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, artıq bu gündən "Facebook" və "Instagram" vasitəsilə canlı bağlantı, eləcə də "Whatsapp" üzərindən müraciətlərin qəbulu həyata keçirilir: "Martın 29-na qədər onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcək. Əsasən yeni "Whatsapp" nömrəmiz üzərindən “Azərişığ”ın göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq, rəsmi "Facebook" və "Instagram" səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcək. Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri ilə yanaşı, “199” Çağrı Mərkəzi, "Facebook", "Instagram", [email protected] və whatsapp nömrəmizə də yönləndirə bilərlər".

Whatsapp: (077) 217 67 62

Facebook: Azərişıq ASC

Instagram: Azərişıq ASC

Sayt: https://www.azerishiq.az/

Azvision.az


Teqlər: Azərişıq  





Xəbər lenti