Muxtar respublikada xarici ticarət dövriyyəsi artıb
Qeyd olunub ki, ixracın dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə artaraq 37 milyon 44 min 600 ABŞ dolları təşkil edib, 22 milyon 933 min ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 383 növdə məhsul istehsal olunur ki, bunun da 126 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Anar Kəlbiyev
Azvision.az