Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Naxçıvanda orta aylıq əməkhaqqı artıb
  18 Mart 2020    Oxunub:1679
Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin yanvar-fevral aylarında 361 milyon 857 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.

Bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz artaraq 786,8 manat olub.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 175 milyon 957 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Cari ilin yanvar ayında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 503,9 manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,3 faiz çoxdur.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Maaş  





Xəbər lenti