Elektrik enerjisinin ixracı azalıb

  17 Mart 2020    Oxunub : 1298
Elektrik enerjisinin ixracı azalıb
Yanvar-fevral aylarında ölkədən 347,6 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Azvision.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, ixrac edilən elektrik enerjisinin dəyəri 17,8 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2019-cu ilin ilk 2 ayında Azərbaycandan 701,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 30,4 milyon dollar təşkil etmişdi.

Azvision.az

Teqlər: DGK   Gömrük   Enerji