Energetika Nazirliyində vətəndaş qəbulu dayandırıldı

Energetika Nazirliyində vətəndaş qəbulu dayandırıldı
  17 Mart 2020    Oxunub:1685
Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVİD-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.
Nazirliyin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, vətəndaşların müraciətləri nazirliyin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 “Qaynar Xətti” və “974” Çağrı Mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq.

Bununla yanaşı, vətəndaşlar nazirliyin minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.

Azvision.az



Teqlər: Qəbul  





Xəbər lenti